AZ

Litva Ukraynaya radar sistemləri verəcək

Litva Ukraynaya radar sistemləri verəcək.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius litvalı həmkarı ilə Berlində görüşündən sonra deyib.

O bildirib ki, Litva Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniyanın təşəbbüsünə fəal qoşulub. Belə ki, bu ölkə Ukraynaya 6 ədəd AMBER 1800 radar sistemini vermək niyyətini elan edib.

"Altı AMBER 1800 radar sisteminin müvafiq olaraq çatdırılması Litvanın Ukraynada insanların həyatını xilas etmək istiqamətində töhfəsidir. Bizim hava hücumundan müdafiə təşəbbüsümüzdə iştirakınıza görə təşəkkür edirik", - Pistorius bildirib.

Təhvil verilməsi planlaşdırılan sistemlərin sayından əlavə, başqa təfərrüat, xüsusən də silahların Ukraynaya çatdırılma vaxtı açıqlanmayıb.

Radarlar Ukraynanın “Aerotechnika-MLT” elmi-istehsalat müəssisəsinin təsisçiləri tərəfindən yaradılıb və Litvanın “Altimus-tech” (keçmiş LiTak-Tak) şirkəti tərəfindən istehsal olunur. Sözügedən radar sitemi 400 kilometrə qədər aşkarlama məsafəsinə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
25
apa.az

10Mənbələr