AZ

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə fasiləsiz silah tədarükünü dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Bayden administrasiyasını İsrailə fasiləsiz silah tədarükünü təmin etməyə məcbur edən qanun layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, iclas Cümə axşamı C-SPAN telekanalı tərəfindən yayımlanıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermədə 224 səs lehinə və 187 səs əleyhinə olmaqla layihə qəbul edilib.

Respublikaçılar tərəfindən təqdim edilən qanun layihəsinin mətninə əsasən, konqresmenlər prezident administrasiyasının bir sıra silahların İsrailə verilməsini dayandırmaq qərarını pisləyirlər.

Qanun layihəsi İsrail ordusuna lazım olan silahlar çatdırılana qədər Dövlət Departamenti, Pentaqon və Ağ Evin Milli Təhlükəsizlik Şurası üçün büdcə vəsaitlərinin istifadəsinin məhdudlaşdırılmasını təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
nocomment.az

10Mənbələr