AZ

“Azercell“ ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - Fotolar/Video

Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verib.

Yenisabah.az xəbər verir ki, Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edib.

    Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə edib.

    Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

    Azercell-in Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir. Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.

    Tədbir haqqında ətraflı video:


    Telegram kanalımız
    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    388
    26
    yenisabah.az

    10Mənbələr