AZ

Aİ ölkələrində Rusiya KİV-nin fəaliyyəti qadağan edilib

Rusiyanın daha 4 KİV-nin fəaliyyəti Avropa İttifaqı ərazisində məhdudlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bugün Avropa İttifaqı Şurası qərar qəbul edib.

    Bildirilib ki, Aİ Şurası Rusiyanın Ukraynaya qarşı təbliğatını və işğalçılıq müharibəsini yayan və dəstəkləyən əlavə 4 KİV-nin Avropa İttifaqında yayımının dayandırılması barədə qərar qəbul edib. Bunlar “Avropanın Səsi”, “RİA Novosti“, “İzvestiya” və “Rossiyskaya qazeta”dır.

    "Bu KİV-lər Rusiya Federasiyası rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarəti altındadır və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin irəli sürülməsində və dəstəklənməsində, qonşu dövlətlərdə sabitliyin pozulmasında mühüm rol oynayıblar. Fundamental Hüquqlar Xartiyasına uyğun olaraq, bu gün razılaşdırılmış tədbirlər hədəflənən KİV və onların əməkdaşlarının Aİ-də yayımdan başqa fəaliyyət göstərməsinə (araşdırmalar və müsahibələr aparmaq) mane olmayacaq", - Aİ Şurasının yaydığı məlumatda qeyd olunub.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    188
    6
    bakivaxti.az

    10Mənbələr