AZ

İstehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların dəyəri açıqlanıb

2024-cü ilin yanvar-aprelində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,4 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. 
 
Bildirilib ki, 4 ayda qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,5 milyrad manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3.8% artım deməkdir. 
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyərinin 44,2% fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
 
Hesabat dövründə bir istehlakçı 2023 -cü ilin 4 ayı ilə müqayisədə nominal ifadədə 19,9 manat artımla orta hesabla ayda 525,1 manat vəsait xərcləyib.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
13
anews.az

10Mənbələr