Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel iyun və iyul aylarında ardıcıl faiz endirimləri gözləntilərinə qarşı xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, “Nikkei” qəzetinə danışan Şnabelin sözlərinə görə, mövcud məlumatlar səbəbindən, iyul ayında faiz endiriminə ehtiyac görünmür:

“Biz məlumatları diqqətlə araşdırmalıyıq. Çünki məlumatların tərkibində vaxtından əvvəl azalma riski var”.

İyun ayında uçot dərəcələrini azaltma qərarı verəcəyi dəqiq olan AMB-də, Şnabelin də dəstəklədiyi, uçot dərəcələrinin nə qədər tez azaldılacağı ilə bağlı müzakirələr var.

“Avrozona”da inflyasiya 2%-ə doğru azalmağa başlasa da, AMB üzvləri maaş artımının sürətli tempindən və Yaxın Şərq kimi geosiyasi hadisələrin inflyasiya ilə bağlı yaratdığı qeyri-müəyyənlikdən qorxurlar.