AZ

Sərhədin bu istiqamətində vəziyyət DƏYİŞDİ – Nəzarət Azərbaycana VERİLDİ

Ötən gün, mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib. Görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Qazaxın anklav olmayan 4 kəndinin həmin gün (mayın 15-də) Azərbaycanın tam nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı, lakin bu baş vermədi. Maraqlısı isə odur ki, hazırda həmin ərazilərdə sərhədlərin delimitasiya prosesi ilə bağlı ciddi işlər görülür.

Xəbərdə bildirilir ki, mayın 15-də Azərbaycanla Ermənistan arasında keçən görüşdə bundan əvvəl aprelin 19-da gerçəkləşən görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər.

Bəs, maraqlıdır, Qazaxın anklav olmayan 4 kəndi yaxın günlərdə Azərbaycana rəsmi şəkildə qaytarıldığı elan oluna bilər? Ermənistanda revanşist qüvvələrin və kilsəsinin buna mane olmağa çalışması hər hansı nəticə verə bilərmi?

Məsələ ilə bağlı danışan hərbi ekspert Ramiz Şərifov Referans.az-a açıqlamasında bildirib ki, 44 günlük vətən müharibəsi və bir günlük antiterror əməliyyatlarından sonra Ermənistan başa düşdü ki, heç bir şeyi diktə edə bilməz:

“Regionda Ermənistanın güclənməsi, iqtisadi qüdrətinin artması və xalqın normal yaşaması yalnız qonşu dövlətlərlə, xüsusən də, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan keçir. Bunun tək yolu isə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb onun işğal olunmuş bütün kəndlərinin qaytarılmasıdır. Azərbaycan dövləti Ermənistanın qarışısına qoyduğu bütün tələblərə sadiqdir. Sadəcə onlar bunu yerinə yetirməlidir. Hazırda Ermənistanın hakim dairələri bizə qarşı düşmən olsalar da, Paşinyanın son günlərdə tutduğu mövqe düzgündür. Lakin xalqın və kilsənin qızışdırılması ruslara sərf edir. Çünki kəndlərin qaytarılması onlara sərf etmirdi. Əgər Azərbaycan və Ermənistan ikitərəfli öz münasibətlərini düzəldə bilirsə, 3-cü qüvvə, yəni rusların orada nə işi?”

Ekspert qeyd edib ki, kilsənin bu işə qarışması olduqca absurd və qeyri-ciddi bir məsələdir. Onun sözlərinə görə, xalqın səfərbər edilməsi Robert Köçəryan, Sarkisyan və kilsə üçlüyünün yaratdığı bir rəzil göstərişdir: “Ermənistan cəmiyyəti bütövlüklə küçələrə axışmayıb. Çünki onlar yaxşı bilirlər ki, Azərbaycan özünəməxus olanları geri qaytarıb. Bunu hər kəs bilir və dərk edir. Hökumət də Paşinyanın tərəfindədir. Ermənistan artıq başa düşür ki, Cənubi Qafqazda daimi və dayanıqlı əməkdaşlığın yeganə yolu qonşu dövlətlərlə – Azərbaycan və Türkiyə başda olmaqla sülh bağlamaq və geniş iqtisadi addımlar atmaqdır”.

Ehtiyatda olan polkovnikin fikrincə, hazırda regionda Ermənistanın bizə nəyisə diktə etməsi və hər hansı bir ciddi addım atması qeyri-mümkündür. Ermənistan cəmiyyətinin hazırda Paşinyanı və onun qurduğu mövqeyi devirməyə gücü çata bilməz.

“Bizim üçün hazırda ən yaxşı variant pis də olsa, yaxşı da olsa, Paşinyanın hakimiyyətdə qalmasıdır. Köçəryanı da, Sarkisyanı da yaxşı tanıyırıq. Bunlar qaniçən rejimdir. Onlar gəlib ən yaxşı ehtimalda müharibə edə bilər, lakin bu dəfə də müharibə Azərbaycanın Zəngəzura girməsi ilə nəticələnək”.

Ramiz Şərifov əlavə edib ki, Paşinyanın hakimiyyətdə qaldığı müddətdə Qazaxın anklav olmayan 4 kəndinin yaxın zamanda Azərbaycana verildiyi rəsmi şəkildə elan olunacaq. Bu gün proses tam sürətlə gedir. Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyası başa çatıb. Buna görə də, yaxın zamanda bu rəsmi şəkildə elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
kaim.az

10Mənbələr