AZ

Kapital Bankın sədri: "Kreditlərin 40%-i rəqəmsal şəkildə verilir"

Kapital Bank çox riskli əməliyyatlarda misal üçün 3DS sisteminin nömrənin dəyişilməsi prosesində Birbank vasitəsilə üz tanımanı tətbiq edir. Bu çox riskli bir əməliyyatdır müştəri istəyir ki, kodlar başqa nömrəyə göndərilsin, biz bu halda mütləq əmin olmalıyıq ki, bu müştərinin özüdür.

FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov “Kapital Bank”ın ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Bankçılıqda hətta kreditləşmədə və bank proseslərində üz tanımanı ilk olaraq Kapital Bank tətbiq edib. Bu bizim rəqamsallaşmada olan uğurumuzdur" deyə sədr vurğulayıb. O bildirib ki, çox  inkişaf etmiş ölkələrdə eləcədə çox rəqamsal ölkələrdə belə hələ də ənənəvi bankçılıq davam edir və davam edəcək. Biz 119 filial və 53 şöbəyə malik olan və ən geniş xidmət şəbəkəsinə malik olan bankıq və biz bundan sonrada  lazım olan yerdə müştərilərin yanında olmağa davam edəcəyik. Belə bir statistika var ki, bankın filial və şöbəsi olan yerdə rəqəmsallaşdırılma da daha yüksək templə inkişaf edir. Çünkü müştərinin etibarı var bu banka. Rəqəmsallaşmada çoxlu işlər görmüşük artıq.

"Əvvəllər kreditləşmədə bir neçə il öncə, pandemiyadan öncə Kapital Bank filiallarında kreditləşmə ilə bağlı növbələr vardısa, biz bu gün sayca daha çox kredit veririk ama onların 40%-i  artıq rəqamsal platformalarda keçirilir. Biz bu göstəricinin aydan aya, ildən ilə artmasını görürük.

Biz rəqəmsallaşmada çox maraqlı bir məhsul təqdim edirik. Süni intellektdən istifadə edirik, süni intellekt vasitəsilə zəng və chat vasitəsilə gələn müştəri müraciətlərini cavablanldırırq. Artıq 55% chat-da , 18% isə zənglərdə müştərilərin müraciətlərini bizim süni intellekt modellərimiz cavab verir. Bu həmdə ona görə mümkün olub ki, biz Azərbaycanda ilk dəfə mətni səsə, səsi isə mətnə çevirə bilirik. Bu suni intellekt layihəmiz çox qürurvericidir ki, bu yaxınlarda  ən nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Global Finance jurnalı tərəfindən "Süni intellektin rəqəmsal transformasiyada ən yaşxı tətbiqi" mükafatını alıb. ". -deyə sədr vurğulayıb.

"Süni intellekt hər gün özü özünü daha da təkminləşdirir və suni intellekt vasitəsilə sorğuların cavablandırılması faizlərinin getdikcə artmasını gözləyirik. Suni intellekt tərəfdən cavab bildirilməyən hissə isə yenidən operatora yönləndirilir və müraciətləri cavabsız qoymuruq. Bu sistem həm kredit borcları ilə bağlı məlumat verə bilir həm əməliyyatlar keçirə bilir. Bu sistemdən müştərilərin nə dərəcədə razı olduğunuda sonradan ölçürük. Suni intellektin istifadəsi müştərilərə daha rahat və daha sürətli şəkildə xidmət etmək üçün bir istiqamətimizdir. Biz rəqəmsal istiqamətdə çox inkişaf edəcəyik, bu inkişaf çox böyük investisiya, enerji, insan resursları, texnologiyalar, informasiya, infrastruktur, kibertəhükəsizlik tələb edir. Düşünürəm ki, bunu Azərbaycanda daha geniş tətbiqi bizim bankların roludur. Bunu yaxşı mənada çox böyük müştəri kütləsi olan bank edə bilir. ". deyə Fərid Hüseynov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
43
fed.az

10Mənbələr