AZ

Azərbaycanın öz "Əl-Cəzirə", "BBC" və "CNN"i olmalıdır!

Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra, demək olar ki, bütün sahələrdə dünya çapında öz sözünü deyir.


Hərbdə çox ölkələr bizi öyrənir. Diplomatiya sahəsində ölkəmizin saysız uğurları var. Mədəni nümunələrimiz bu gün dünyanın dörd bir tərəfində təbliğ və qəbul olunur.


Diasporumuz erməni diasporunun qolunu büküb. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycana etibar edilir.


Ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman, texnolji, mədəni, sosial, ekoloji və s. tədbirlərin ev sahibliyini həyata keçirir.

Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə sözünü deyə biləcək media qurumunun olmasını vacib edir.

Belə bir media qurumu ölkəmizə nə qazandıra bilər?

Mövzu ilə bağlı Modern.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü,Əməkdar jurnalist, "Modern Media Qrupu"nun rəhbəri Elşad Eyvazlı bildirir ki, çağdaş dünyanın ən böyük silahı güclü informasiya alətlərinə sahib olmaq və alqoritmləri düzgün istifadə etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
6
azpolitika.info

10Mənbələr