AZ

“Anadolu Ankası - 2024” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası - 2024” (“Anatolian Phoenix - 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib.

Korrespondent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası - 2024” beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
23
korrespondent.az

10Mənbələr