AZ

Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq - Nazir müavini

Azərbaycan COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı" Biznes Forumunda deyib.

O bildirib ki, Azərbaycan neft-qaz ölkəsi olsa da, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl” enerji zonası elan olunub. 2030-cu ilə qədər ümumi enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq hədəflənir".

S.Məmmədov qeyd edib ki, COP29-un müvəffəqiyyətini təmin etmək, ətraf mühitin dayanıqlılığı və iqlim fəaliyyəti ilə bağlı ortaq məqsədlərə çatmaq üçün bir sıra təşəbbüslər irəli sürülüb və bu təşəbbüslərin reallaşdırılması istiqamətində işlər aparılır:

"Əsas təşəbbüslərdən biri inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin maliyyələşdirilməsi məqsədilə xüsusiləşmiş İqlim Maliyyə Fondunun yaradılmasıdır. Bu Fond üzv tərəflərin ixrac etdikləri qalıq yanacağının hesabına formalaşaraq, iqlim təşəbbüsləri üçün sabit maliyyə mənbəyinin təmin edilməsini nəzərdə tutur. Fond stabil və proqnozlaşdırıla bilən maliyyə mənbələrini təmin etməklə bərpa olunan enerji, enerji səmərəliliyi və iqlimlə bağlı digər layihələrə qoyulan investisiyaları stimullaşdıra bilər. Bu da öz növbəsində ölkələrə karbon emissiyalarını azaltmağa, enerji təhlükəsizliyini artırmağa və dayanıqlı inkişaf üçün yeni imkanlar yaratmağa kömək edə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
sia.az

10Mənbələr