Türkiyə ordusu Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusunu, İraqın şimalında isə Pəncəli Kilid əməliyyatı bölgəsində 3 PKK terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçular üçün heç bir yer təhlükəsiz deyil.
Daşqın Həsənov
Missiya.Az