AZ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri GÖRÜŞDÜ 

Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Sahibə Qafarova və Alen Simonyan arasında Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının ilk iclası çərçivəsində söhbət olub. 
Bu, cari il ərzində tərəflər arasında keçirilən ikinci görüşdür. Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında ilk görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
4
bizim.media

10Mənbələr