AZ

COP29Nigar Arpadarai: Özəl sektorun iqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir

Yaşıl iqtisadiyyata keçid üçün böyük maliyyə tələb olunur.

"Report" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, COP prosesində qeyri-dövlət tərəfdaşlarla əlaqələr qurulmalı, körpü yaradılmalıdır:

"Özəl sektorla iş prioritetdir. İqlim dəyişikliyi ilə mübarizə, burada maliyyələşmə məsələlərini müzakirə etməliyik. Özəl sektorun İiqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir. Özəl şirkətləri daha məsuliyyətli olmağa çağırıram. Yaşıl iqtisadiyyata keçid üçün böyük maliyyə tələb olunur. Hökumət bunu təkbaşına edə bilməz. Həm dövlət, həm də özəl maliyyələşməni sürətləndirmək üçün innovativ maliyyəşmə sürətləndirilməlidir".

O vurğulayıb ki, bununla emissiyaların azaldılmasına nail oluna və gələcək nəsli iqlim dəyişikliyinin fəsadlarından qurtarmaq mümkün ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
far.az

8Mənbələr