AZ

Dolu düşüb, qar yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, bugün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabithava şəraiti davam edib.

Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrıyerlərdə intensiv leysan olub. Şahdağ, Qrız, Gədəbəyin yüksəkdağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm,Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm,Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir,Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan,Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala,Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan,Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəlidolu düşüb.

Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı,Qusar, Şahdağ, Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidəolunub.

Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan,Mingəçevirdə 18 m/s, Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12,Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxtaolub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
350
49
az.trend.az

10Mənbələr