AZ

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər.

Alimlər qrupu son 5 500 il ərzində tropik siklonların aktivliyini tədqiq ediblər. Onlar Yer kürəsində fırtınaların sayının 40% artdığı 11 dövr müəyyən ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, belə vaxt dövrləri Günəşin aktivliyinin 11 illik dövrləri ilə üst-üstə düşür. Nəzəriyyə ondan ibarətdir ki, güclü Günəş alovları Yerə daha çox enerji göndərir, bu da okeanları qızdırır və tropik fırtınaları gücləndirir.

Florida Dövlət Universitetinin tədqiqat rəhbəri Yan Vanın sözlərinə görə, son Günəş fırtınasının bu il tropik fırtınaların sayının artmasına səbəb olub-olmayacağını dəqiq proqnozlaşdırmaq çətindir.

“Nəticələrimiz göstərir ki, yüksək Günəş radiasiyasının və digər amillərin, o cümlədən “El Ninyo”nun (qasırğa - red.) güclənməsi, Meksika körfəzində dəniz səthinin temperaturunun daha yüksək olması və onilliklər ərzində Atlantik axınların müsbət fazalarının birləşməsi tropik siklonların əmələ gəlməsi üçün əlverişli şərait yaradır”, - alimlər bildiriblər.

Mənbə: Daily Mail

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
6
seher.media

10Mənbələr