AZ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən “SPECULOOS-3b” adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər.

Araşdırma “Nature Astronomy” jurnalında dərc olunub.

O, Günəşdən 100 dəfə daha çox yaşayan, ultrasoyuq qırmızı cırtdan növü olan bir ulduzun ətrafında fırlanır.

Planetin əsas xüsusiyyətlərindən biri də odur ki, bu planetin bir tərəfi həmişə ulduza tərəf çevrili olur. Bu o deməkdir ki, bir yarımkürədə əbədi gün, ikinci yarımkürədə isə əbədi gecə hökm sürür.

Ultrasoyuq qırmızı cırtdan ulduzların uzun ömürlü olması səbəbindən onları əhatə edən planetlərdə həyatın yaranması ehtimalı çox azdır, çünki planet çox yüksək dozada radiasiyaya məruz qalır.

Mənbə: The Guardian

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
7
oxu.az

10Mənbələr