AZ

Paşinyan Demokratiya sammitində Əliyevin adından aşkar yalan danışdı- belə şey olmayıb...

Image

Yadigar Məmmədli: “Paşinyan ən yüksək səviyyədə keçirilən danışıqların məzmununu təhrif edir” 

Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı bir sıra məsələlərlə bağlı açıq-aşkar yalan danışıb. Paşinyan iddia edib ki, guya 2023-cü ilin 15 iyulunda İlham Əliyev və Şarl Mişellə əldə etdiyimiz razılaşmaya görə, kommunikasiyaların açılmasını suverenlik, yurizdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipi ilə aparılması barədə razılıq əldə edilib:

“Regional sabitliyimiz üçün daha bir mühüm məqam hökumətimizin təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsidir. Bu layihə o deməkdir ki, Ermənistan və Azərbaycan keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun olaraq nəqliyyat və digər kommunikasiyaları bərpa edəcək və açacaq, bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət edəcək. Konsepsiyanın bu elementləri 2023-cü il iyulun 15-də mənimlə Azərbaycan Prezidenti arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşdə razılaşdırılıb və Prezident Mişelin görüşün yekunlarına dair bəyanatında öz əksini tapıb. Biz razılaşdırılanların həyata keçirilməsi istiqamətində irəliləməyə hazırıq”.

Paşinyanın açıqlamasından belə çıxır ki, Naxçıvana gedən yüklər Ermənistanın yurizdiksiyası altında olacaq. Ermənistan bütün yükləri, sərnişinləri yoxlayacaq. Bu boyda yalan olar? Əliyev buna razılıq verər?

“Azərbaycanın prinsipial mövqeyi odur ki, Naxçıvana gediş-gəliş maneəsiz olmalıdır” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, Paşinyan hər zaman olduğu kimi, yenə də ən yüksək səviyyədə keçirilən danışıqların məzmununu təhrif edir: “O baxımdan bu da Paşinyanın növbəti yalanıdır. O, real vəziyyəti düzgün qiymətləndirib təqdim etmək əvəzinə, spekulyasiya ilə məşğuldur. Ölkəsini vəziyyətdən çıxarmaq üçün müxtəlif yalanlar uydurur. Halbuki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün üçtərəfli görüşlərdə Naxçıvana yolla bağlı prinsipial mövqe sərgiləyir. Azərbaycanın prinsipial mövqeyi odur ki, Naxçıvana gediş-gəliş maneəsiz olmalıdır. Yəni dəhliz statusu çərçivəsində olmalıdır. Bununla Azərbaycan Amerika kəşf etmir. Dünya praktikasından çıxış edərək mövqe sərgiləyir. Necə ki, Rusiyadan Kalininqrada yüklər Litva ərazisindən maneəsiz gedir, analoji formada Naxçıvana da bu cür gediş-gəliş olmalıdır. Bütövlüksə isə, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün faydalıdır. Çünki Zəngəzur dəhlizi həm də Orta Dəhlizin tərkib hissəsidir. Ona görə də yaxşı olardı ki, Paşinyan reallıqlardan çıxış edərək mövqe sərgiləsin. Azərbaycanın razılaşmadığı məsələləri ölkəmizin üzərinə qoymasın. Həmçinin Prezident Əliyevin adından yalan danışmasın. O da ola bilər ki, Paşinyan spekulyativ açıqlamalar verməklə revanşist kəsimi sakitləşdirmək istəyir. İstənilən halda Paşinyanın məlum açıqlamaları reallığı əks etdirmir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
17
baki-xeber.com

10Mənbələr