AZ

“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul etdi

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 16-da Şəki və Qax rayonlarından olan vətəndaşlarla görüşüb.

“Azərişıq” ASC-dən Demokrat.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Şəki Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan vətəndaş qəbulu zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
19
demokrat.az

10Mənbələr