AZ

Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə Baş Prokurorluq birgə ağacəkmə aksiyası keçirib – FOTOLAR

Ulu Öndər Heydər Əliyevin 101-ci il dönümündə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, paytaxtda yaşıllıq zonalarının bərpa edilməsi və genişləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Tədbir çərçivəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan Xalqının zəfərinin rəmzi olaraq mayın 16-da Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospektində ümumilikdə 44 ədəd xan çinar cinsli ağac əkilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yaşıllıqların qanunsuz məhv edilməsinə dair aparılan araşdırmalar gedişatında qanunsuz əməllərə yol vermiş şəxslər tərəfindən təbiətə vurulmuş ziyanın ödənilməsini təmin edir. Bununla yanaşı hər iki qurum tərəfindən icra olunan Azərbaycan Respublikası Baş Prokurorluğunun “Cərimə Parkı – Təbiətin Qisası” layihəsi çərçivəsində yaşıllıqların bərpası məhv edilmiş ağac və kolların sayına uyğun şəkildə həyata keçirilir.

Sayca üçüncü olan ağacəkmə aksiyası tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
4
busaat.az

7Mənbələr