AZ

Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında İrana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 171 milyon dollara çatdırıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 18,8 faiz azalaraq, 31 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dollara çatdırıb.

"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
24
milli.az

10Mənbələr