AZ

Qazaxıstanda qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 18 % artıb

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı 2024-cü ilin may ayına qədər illik ifadədə 18,4 % artıb.

"Report" Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir k, bu il mayın 1-nə ölkədə qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 1 459 təşkil edib.

Statistik məlumatlara əsasən, Azərbaycandan olan aktiv fəaliyyət göstərən şirkətlərin sayı 1 165-i kiçik, 5-i orta və 2-si iri olmaqla 1 172 (18,9 % çox) olub.

Ölkənin regionları arasında ən çox Azərbaycan şirkətləri Astanada (283), Almatıda (399) və Manqistau vilayətində (211) fəaliyyət göstərir.

Qazaxıstanda ən çox sayda Azərbaycan şirkəti topdansatış və pərakəndə ticarət, avtomobil və motosiklet təmiri (500), tikinti (187), müxtəlif xidmətlər (117), yaşayış və qida (55), emal sənayesi (51), nəqliyyat və anbar (44), peşəkar, elmi və texniki fəaliyyət (35), daşınmaz əmlak əməliyyatları (35), inzibati və yardımçı xidmətlər (29), səhiyyə və sosial xidmətlər (24), informasiya və rabitə (9) və digər sahələrdə fəaliyyət göstərir.

Məlumata görə, Qazaxıstanda qeydiyyatdan keçmiş şirkətlərin sayına görə ilk 10-luğa 6-cı yerdə olan Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Çin, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya və Belarus daxildir.

Ümumilikdə, bu il mayın 1-nə Qazaxıstanda qeydiyyatdan keçmiş xarici müəssisələrin ümumi sayı 57 673-ə (12,4 % çox) çatıb, onlardan 44 906-sı (11 % çox) fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
report.az

6Mənbələr