AZ

Rusiyada məhkəmə "Crocus"a hücum edən 8 nəfərin həbs müddətinin uzadılmasını nəzərdən keçirəcək

Bakı. Trend:

Moskvanın Basman məhkəməsi bu gün "Crocus City Hall"a hücum edən8 nəfərin həbs müddətinin uzadılmasını nəzərdən keçirəcək.

Trend xəbərverir ki, bu barədə Basman məhkəməsi məlumat yayıb.

Məlumata görə, məhkəməyə bununla bağlı müvafiq məlumatlar daxilolub.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda“Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlışəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonrapartlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi“terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq)həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşlarıŞamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, DalerconMirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaqtəcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
21
az.trend.az

10Mənbələr