AZ

Ötən gün 69 cinayətin açılması təmin olunub - DİN

Mayın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 247, o cümlədən borclu şəxs qismində axtarılan 210 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
40
sia.az

10Mənbələr