AZ

Altı yaşlı Kübra ağır yanıq xəsarətləri alıb - FOTO

Altı yaşlı Kübra ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bu barədə seher.media-a onun anası Səidə Miriyeva məlumat verib.

Ana Kübranın martın 30-da evdə yandığını bildirib.

“Kübranın altı yaşı var. Ayağında problemlə dünyaya gəlib. Buna görə də sərbəst yeriyə bilmir. Martın 30-da evdə gəzərkən ayağı büdrəyib, stoldan tutmaq istəyərkən stolun üzərindəki qazanı üzərinə aşırıb”.

Səidə Miriyeva övladının həmin gündən xəstəxanaya yerləşdirildiyini deyib.

“Biz Sabirabadda yaşayırıq. Hadisə olan gün biz xəstəxanaya getdik. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alıb evə çıxmalı olduq. Evə çıxdığımız gündən Kübranın müalicələrini sizin oxucularının dəstəyi ilə apara bilirik. Hazırda onun müalicələri üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 227-65-47.

Kapital Bank: 5239 1517 5785 4917.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
seher.media

10Mənbələr