AZ

Yol-nəqliyyat hadisələri zamanı 117 nəfər ölüb - Statistika

2024-cü ilin yanvar-martında 325 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumata görə, 3 ayda baş verən yol qəzalarında 446 nəfər zərər çəkib ki, bu da 2023-cü ilin 3 ayı ilə müqayisədə 10,6% azdır. Zərərçəkənlərin 159-u ölüb, 287-si yaralanıb. 
 
Bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisələrinin 86,8%-i yaşayış məntəqələrində qeydə alınıb ki, burada da ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% azalaraq 117 nəfər olub, yaralananların sayı isə 15,2% azalaraq 268 nəfər təşkil edib.
 
Hesabat dövründə baş vermiş yol-nəqliyyat hadisələrinin 42,2%-i nəqliyyat vasitələrinin və piyadaların, 36,9 %-i bir neçə nəqliyyat vasitəsinin, 20,9 %-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə olub.
 
Bu hadisələr zamanı ölənlərin 79,9%-ni, yaralananların isə 72,1%-ni kişilər təşkil edib.
 
Bundan öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2024-cü ilin birinci rübündə Bakıda 90 yol nəqliyyat hadisəsi baş verdiyini açıqlamışdı.  
 
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.  

2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub. 
 
 Aygün Mirakif
 



 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
50
anews.az

10Mənbələr