AZ

Premyer Liqa: "Çelsi" və "Mançester Yunayted" komandaları turu qələbə ilə bitirib

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Çelsi" səfərdə "Brayton"la qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində Kol Palmer və Kristofer Nkunku, meydan sahiblərindən isə Denni Uelbek fərqlənib.

Digər matçda "Mançester Yunayted" doğma meydanda "Nyukasl"ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda "Çelsi" 60 xalla altıncı, "Mançester Yunayted" isə 57 xalla səkkizinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
3
xalqqazeti.az

10Mənbələr