AZ

“Bakı Şampan Şərabları Zavodu” zərərdən mənfəətə keçdi

“Bakı Şampan Şərabları Zavodu” ASC 2023-cü ili 2 milyon 110 min manat mənfəətlə başa vurub. Şirkət 2022-ci ili 49.4 min manat xalis zərər ilə bağlamışdı.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bakı Şampan Şərabları Zavodu”nun 2023 və 2022-ci illərdə əsas əməliyyat gəliri olmayıb. Şirkət 301 min manat sair əməliyyat gəliri əldə edib ki, bu da illik müqayisədə 33.2% çoxdur. ASC-nin inzibati xərcləri 70 min manat, sair əməliyyat xərcləri 188 min manat təşkil edib.

31 dekabr 2023-cü il tarixinə “Bakı Şampan Şərabları Zavodu”nun cəmi aktivləri 5 milyon 153 min manat olub ki, əvvəlki ilə nisbətən 31% azdır. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 678 min manat, cəmi kapitalı isə 4 milyon 475 min manat olub.

Bakı Şampan Şərabları zavodu 1980-ci ildə yaradılmışdır, şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı üzrə Avropada ən iri müəssisələrdəndir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
50
banker.az

10Mənbələr