AZ

Güllələnən Baş nazirin vəziyyəti açıqlandı

“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.

"Cebhe.info" xəbər verir ki, bunu “BBC”-yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib. O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib:

“Düşünürəm ki,  sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.

Xatırladaq ki, dünən Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.

Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb.  Slovakiya Baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintula  olub. O, liberal “Proqressiv Slovakiya” Partiyasının tərəfdarıdır.

Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
2
cebheinfo.az

9Mənbələr