“İdeal Tibb Şirkəti” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
215.4-cü maddəyə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hüseyn