AZ

İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub

İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub.

Oxu.Az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü N.Yusibov saxlanılıb.

O, idarə etdiyi “Lada” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə N.Yusibovun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
3
oxu.az

10Mənbələr