AZ

MİQ üzrə elektron sənəd qəbulunun ilk saatlarında 3 min müəllim qeydiyyatdan keçib

Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Artıq 3 min müəllim qeydiyyatdan keçib.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Xatırladaq ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
xezerxeber.az

10Mənbələr