AZ

Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilib – Yenilənib

13:21

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına əsasən, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

***

13:05

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) belaruslu həmkarı ilə görüşüb.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
50
banker.az

10Mənbələr