AZ

Cari ilin ilk rübündə xarici ticarət üzrə əməliyyatların həcmi 9.9 milyard dollar təşkil edib

Cari ilin ilk 3 ayı ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 9.9 milyard ABŞ dolları təşkil edib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəddə bildirilir ki, həmin vəsaitin 6.2 milyard dollar ixrac əməliyyatlarının, 3.7 milyard dollar isə idxal əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 2.5 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bununla yanaşı, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87.3 dollara bərabər olub. Bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27.3 dollar çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
49
banker.az

10Mənbələr