AZ

“Azəriqaz” rəhbərliyi Horadizdə vətəndaşlarla görüşəcək

“Azəriqaz”

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi vətəndaşlarla görüşəcək.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, mayın 17-si saat 11:00-da Horadiz şəhəri, Heydər Əliyev prospekti, Muğam Mərkəzində Füzuli, Beyləqan, Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 026-315-57-66; 050-845-74-17) müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
3
azertag.az

10Mənbələr