AZ

Sosial xəbərlər

33 nəfərə psixoloji yardım göstəriləcək

Sosial Xidmətlər Agentliyi proba­siya nəzarətində olan (şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtın­dan əvvəl azad edilmiş və ya məh­kəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış) şəxslərin sosial mü­hitə adaptasiyası istiqamətində fəaliy­yətini davam etdirir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi­nin ictimaiyyətlə əlaqələr və kommu­nikasiya şöbəsindən XQ-yə verilən məlumatda bildirilir.

Qeyd edilir ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçi­vəsində təşkil edilən növbəti tədbirdə iş­tirakçılar agentliyin fəaliyyət istiqamətləri, bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və onların əhatə olundu­ğu sosial dəstək tədbirləri barədə məlu­matlandırılıblar. Söhbət zamanı hər iki qurumun əməkdaşlarının iştirakı ilə məh­kumların sosial adaptasiyası ilə bağlı mü­zakirələr aparılıb və təkliflər səsləndirilib.

Sonra probasiya nəzarətində olan 33 nəfərin anket sorğusu əsasında qiymət­ləndirilməsi aparılıb. Nəticələrə uyğun olaraq onların sosial-psixoloji yardım xid­mətinə cəlb edilməsi nəzərdə tutulur.

Həssas qrupların ağacəkmə aksiyası

Nazirlikdən, həmçinin bildirilib ki, ümummilli lider Heydər Əliyevin ana­dan olmasının 101 illiyi ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ağacəkmə aksiyası təşkil olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirli­yinin dəstəyi ilə həyata keçirilən növbəti aksiyada Mərkəzin rəhbər heyəti, əmək­daşları, təlimçi və benefisiarları, “İnklüziv DOST” könüllüləri iştirak ediblər. Aksiya çərçivəsində mərkəzin həyətyanı sahə­sində iqlim şəraitinə uyğun 30 eldar şamı və zeytun ağacı əkilib. Yeni əkilən ağac­lar suvarılıb və mühafizəsi üçün müvafiq işlər görülüb. 

Məqsəd ulu öndərin təbiətə qayğı və yaşıllaşdırma ənənələrini davam etdir­mək, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitə töhfə vermək­dir.

128 min şəxsə 344 min xidmət 

Digər xəbərdə Azərbaycan Ordu­sunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və mü­haribə iştirakçıları ilə bağlı genişmiq­yaslı sosial dəstək paketinin icrasının uğurla davam etdirilməsi bildirilir.

Qeyd edilir ki, Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək tədbirləri çərçivəsin­də postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23 minə yaxın insana birdəfəlik ödəmə təyin olunub. Bu kateqoriyadan olanların və müharibə ilə əlaqədar əlillərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, on­lara 6 min mənzil və fərdi ev, müharibə əlillərinə 528 avtomobil təqdim edilib.

Bundan başqa, şəhid ailələri üzvlə­ri və müharibə iştirakçıları olan 11 min nəfərə 63 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2 min 147 nəfər 56 min 200 reabilitasiya vasitəsi, o cüm­lədən 471 şəxs 492 ədəd yüksək texno­logiyalı müasir protezlə təmin olunub. Həmçinin şəhid ailələri üzvləri və müha­ribə iştirakçıları olan 21 min 800 şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min 500 şəxs özünüməşğulluq proqramı­na cəlb olunub.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 344 min xid­mət göstərilib.

DSMF – 1 milyard 811 milyon manat gəlir

Nazirlikdən aldığımız digər xəbər­də bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 4 ayında proqnozla müqayisədə 2,2 faiz və ya 47 milyon manat çox olmaqla 2 milyard 169 milyon manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 faiz və ya 157 milyon manat artaraq 1 milyard 811 milyon manat olub.

Yanvar–aprel aylarında DSMF-nin xərcləri 2 milyard 271 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 267 milyon manat çoxdur.

46 uşağın yeni ailəsi var

Sosial Xidmətlər Agentliyi 2024-cü ilin ötən dövründə 46 uşağı daha yax­şı şəraitdə – ailələrdə böyümək üçün övladlığa verib. Onlardan 24-ü oğlan, 22-si qızdır. 

Agentlikdən bildiriblər ki, uşaqlar öv­ladlığa verildikdən sonra həmin ailələrdə onların vəziyyətləri və şəraitin öyrənil­məsinə nəzarət edilir. Belə ki, onlar 18 yaşına çatanadək qurum tərəfindən öv­ladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 

Agentlik tərəfindən reinteqrasiya təd­birləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələ­rindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb. 

58 min 500 şəxs işlə təmin olunub

Dövlət Məşğulluq Agentliyindən bildiriblər ki, bu ilin yanvar–aprel ayın­da 140 min 400 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 58 min 500 nəfər münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə ki­çik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə agentlik tərəfin­dən 5 min işsiz 600 şəxs üçün peşə ha­zırlığı kursları təşkil edilib, 75 min nəfərə isə peşəyönümü xidmətləri göstərilib.

Zərifə BƏŞİRQIZI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
37
xalqqazeti.az

10Mənbələr