AZ

Antonio Perkassi: “Şarl De Ketelareni “Milan”dan alacağıq”

“Atalanta”nın prezidenti Antonio Perkassi belçikalı yarımmüdafiəçi Şarl De Ketelareni “Milan”dan satın alacağını bildirib.

Arena.az xatırladır ki, Berqamo təmsilçisi belçikalı futbolçunu cari mövsümün əvvəlində “Milan”dan icarəyə götürüb.

Uğurlu mövsüm keçirən futbolçunun icarə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Daha əvvəl Ketelarenin özü də daimi oyun təcrübəsi qazanmaq istəyini səbəb gərirərək, Berqamo klubunda qalmaq arzusunu bildirmişdi.

“Biz “Milan”dan Şarl de Ketelareni alacağıq”, deyə öz növbəsində “Atalanta”nın prezidenti Antonio Perkassi əminliklə vurğulayıb.

Qeyd edək ki, “Atalanta” Ketelarenin transfer hüquqlarını almaq üçün “Milan”a 23 milyon avro ödəməlidir.

“Milan” Şarl De Ketelareni 2022-ci ilin avqust ayında “Brügge”dən 36,5 milyon avro qarşılığında transfer etmişdi. O, “Milan”da 40 oyuna cəmi 1 məhsuldar ötürmə müəllifi olub. Belçikalı futbolçunun milanlılarla mövcud müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir.

“Milan”dan öncə yalnız “Brügge”də oynamış yarımmüdafiəçi Belçika millisində də 14 oyuna çıxıb, 2 qol vurub.

Şarl de Ketelare “Atalanta”da daha uğurlu çıxış edir. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində 45 oyun keçirib, 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Onun Berqamo klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. “Atalanta” bir illik icarə üçün “Milan”a 3 milyon avro ödəyib. Bu yay klub transfer haqqını ödəməklə onu birdəfəlik heyətinə qatmaq hüququna da malikdir.

“Transfermarkt” internet-portalı 23 yaşlı belçikalı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
arena.az

2Mənbələr