AZ

Papua - Yeni Qvineyada 5,6 maqnitudada zəlzələ olub

Papua - Yeni Qvineyanın Yeni Britaniya adasında 5,6 maqnitudada zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 18,8 min nəfər əhalisi olan Kimbe şəhərindən 10 km cənub-şərqdə, zəlzələ ocağı 110 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
36
sia.az

10Mənbələr