AZ

Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici təsirlər haqqında qanunla bağlı vetodan istifadə edəcəyini təsdiqləyib, lakin bunun simvolik jest olacağını etiraf edib.

“Hər halda heç bir illüziya yox idi. Onlar parlamentdə çoxluğa malikdirlər. Mən vetodan istifadə edirəm. Bu qanun simvolik olduğu kimi, bu da simvolik veto olacaq”, - o, CNN telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, prezidentin vetosunu aşmaq üçün parlamentdə 74 deputatın səsi kifayətdir. Hakim partiya isə qanunverici orqanda 86 mandata sahibdir.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
2
demokrat.az

10Mənbələr