AZ

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil. Əgər qonaqlar sizə 5-10 dəqiqə qalmış gələcəklərini bildirirlərsə, evi tam olmasa da, tualeti təmizləyə bilərsiniz. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tualetlər həmişə xüsusi narahatlıq mənbəyidir. Üzərində ləkələr ola və ya xoşagəlməz qoxular yarana bilər. Bu zaman problemi bir qaşıq duzla həll etmək olar. 

Bu üsul ən faydalı və təsirli yollardan biridir. Duzun təmizləyici xüsusiyyətləri çoxlarına məlumdur. Məhsul kir və ləkələr ilə yaxşı mübarizə aparır.

Ancaq hər kəs duzun xoşagəlməz qoxu problemini həll edə biləcəyini bilmir. Bildirilir ki, onun mikroblara təsiri olduqca çoxdur.

Buna görə də qonaqlar gəlməzdən əvvəl, tualetə bir qaşıq duz tökün, bir neçə dəqiqə gözləyin və fırça ilə onu sürtün. Sonda drenaja vurun və heç nədən narahat olmayın.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
6
milli.az

10Mənbələr