AZ

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni...

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də hamiləlikdir.

Bəs, yuxuda hamilə olduğunu görmək hansı mənaya gəlir?

Milli.Az lent.az-a istinadən yuxuda hamiləliyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Hamiləlik xəyalınızından asılı olaraq fərqli şeylər ifadə edə bilər. Məsələn, həyatınızda dəyişiklik etməyin vaxtı gələ bilər. 

Hamiləlik haqqında xəyallar çox yaygındır, xüsusən də real həyatınızda artıq bir körpəniz varsa və ya uşaq sahibi olmaq istəyirsinizsə. Bu yuxular çox vaxt real həyatımızda baş verən hadisələri əks etdirir.

Yuxuda hamilə birini görmək nə deməkdir?

Yuxusunda hamiləlik testi nəticəsində özünü hamilə görən insan, həyatda irəliləmək üçün mübarizə aparacağına işarə edir. Münasibətlərdə çətinlik çəkə bilərsiniz və ya işdə əldə etdiyiniz artımların olmamasından narahat ola bilərsiniz. Yuxuda hamiləlik test nəticəsini görmək həyatda sınaqlardan keçdiyini və bu sayədə dəyərləndiyinə işarədir.

Yuxuda hamilə qadın görmək nədir?

Hamiləlik yuxuları stress və ya narahatlıq vəziyyətini göstərə bilər. Bir insan həddindən artıq işlə yükləndikdə, hamilə qalmağı xəyal edə bilər. Körpənin böyüdülməsi stresli kimi qəbul edildiyi üçün bu, ağılın əlavə öhdəliklər götürmək qorxusunu əks etdirmə üsuludur. Uşaq sahibi olmağı planlaşdıran qadınlar tez-tez ailə qurmaq fikrinə düşürlər. Şüuraltı olaraq, onların içində müvəffəqiyyətli olmaq düşüncəsi onları hamilə olduqlarını və ya başqalarının hamilə olduğunu xəyal edir.Yuxuda hamilə görmək sizə keçmişdən dərs almağı öyrədə bilər və gələcək üçün planlar qurmağa imkan verə bilər.

Yuxuda özünüzü hamilə görmək nədir?

Hamiləlik qayğı ilə sinonimdir. Hamilə qalmaq qayğıya ehtiyac duymaq kimidə yozulur. Sosial cəhətdən məqbul bir şeyin arxasınca getmə təzyiqi səbəbiylə özlərini hamilə görən insanlar yuxularında depressiyalarını əks etdirirlər. Bəzilərinin fikrincə isə yeni bir şeyin yaranması bolluq və bərəkət əlamətidir. Hamiləlik yuxusu yaxşı bir gələcəyin başlanğıcını və ya artıq mövcud problemdən çıxış yolunu təmsil edə bilər. Bir insan yuxusunda özünü hamilə görürsə, bu o deməkdir ki, yuxuda şüuraltında olan şeyləri görür.

Yuxuda dostunu hamilə görmək nədir?

Yuxuda dostuvun hamilə olduğunu görmək yeni bir fürsətə və ya yeni bir başlanğıca işarə ola bilər. Körpələr böyüyən hər cür şeyə çevrilə bilən kiçik canlılardır.Yuxusunda dostunu hamilə görən adam yeni iş imkanı qazanacaq. Yuxuda görülən şəxs subay qadındırsa, bu insan xəstəliyə, diqqətsizliyə, bədbəxtliyə və depressiyaya işarə edir.

Yuxuda tanımadığın birini hamilə görmək nədir?

Yuxuda hamilə qalmaq evli qadının və ya subay qadının tezliklə hamilə qalacağına işarə ola bilər.Yuxusunda tanımadığı birinin hamilə qaldığını görən insan gözlənilməz neqativ halla qarşılaşa bilər. Yuxuda tanımadığınız birinin hamilə olduğunu görmək xoşbəxt olmağın simvoludur. Bu yuxu, evlilikdə, sevgi həyatında və real həyatda yaxşı şeylərin gəlişini təmsil edir.

Yuxuda subay birini hamilə görmək nədir?

Yuxuda subay bir adam özünü hamilə görsə, sıxıntı və narahatlıq yaşayacağına işarə edir. Hamiləlik emosional, mənəvi, psixoloji və şəxsiyyətlərarası vəziyyətlərlə əlaqəli ümumi bir simvoldur.

Yuxuda oğlan uşağına hamilə olduğunu görmək nədir?

Yuxuda oğlan uşağına hamilə olmaq yaxşı əlamətdir və gələcəkdə maddi durumunuzun çox yaxşı olacağına işarə edir. Oğlan körpəsi kişiliyi təmsil edir və həyatınızda daha güclü və iddialı olmaq istədiyiniz deməkdir.Yuxuda körpə görmək, istər qız, istərsə də oğlan, adətən yaxşı əlamətdir.Yuxusunda oğlan uşağı gözlədiyini görən və bundan məmnun olan insanın real həyatda da oğlan uşağı olacaq. 

Yuxuda qız uşağına hamilə olduğunu görmək nədir?

Yuxuda qız uşağına hamilə olduğunu görmək yaxşı bir əlamətdir. Bu yuxu sülh və harmoniya içində yaşayacağınıza və bütün qayğılarınızın sizdən uzaqlaşacağına işarə edir.Əks cinsdə olduğu kimi, yuxuda bir qız görmək sizin qadın tərəfinizi və özünüzün bu hissəsini ifadə edib-etmədiyinizi göstərir. Qızlar girdikləri evə bolluq və bərəkət gətirirlər. Buna görə də xeyirli bir yuxu sayılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
25
milli.az

10Mənbələr