AZ

Belçika Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayıb

Belçika Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında Almatıda aparılan son danışıqları alqışlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkəsində paylaşım edib.

"Belçika Ermənistan və Azərbaycan arasında mayın 10-11-də danışıqların yeni raundunu, sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Almatı Bəyannaməsindən istifadə edilməsinə dair son razılaşmanı, eləcə də danışıqları davam etdirmək səylərini alqışlayır", -deyə nazirliyin bəyanatında deyilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
24
big.az

10Mənbələr