AZ

Bakıətrafı qəsəbə komandası I Liqada çıxış edəcək

Bu gün II Liqada mövsümün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Bakı Sportinq" 25-ci turda öz meydanında “Dinamo”ya 4:2 hesabı ilə qalib gələrək, sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Buzovna təmsilçisi xallarını 61-ə çatdırıb. 2-ci pillədəki "Füzuli"nin isə 56 xalı var.

Reqlamentə əsasən, II Liqanın qalibi yeni mövsümdən I Liqada çıxış etməlidir.

I Lliqada sonuncu olacağı dəqiqləşən "Araz Saatlı" isə yeni mövsümdən II Liqada oynayacaq.

"Şahdağ Qusar" - "Göygöl" 2:0

Qollar: Famil Camalov, 44; Rahid Əmirquliyev, 87

"Füzuli" - "Kürmük Qax" 7:2

"Baku Sportinq" - "Dinamo" 4:2

"Şəmkir" - "Cəbrayıl" 0:1

"Ağdaş" - "Şəfa" 1:1

Qollar: Elvin İsmayılov, 12 // Nicat Abbasov, 26

"Lerik" - "Kür-Araz" 3:1

Qollar: Kamran Abdullazadə, 45, 52; Ruslan Tağızadə, 64 // Cavid İmamverdiyev, 44

"Şəki Siti" - "Qusar" 0:2

N Klublar O Q H M T-F X
1 Baku Sportinq 25 19 4 2 65-24 61
2 Füzuli 25 16 8 1 62-30 56
3 Cəbrayıl 25 18 1 6 75-36 55
4 Şahdağ Qusar 25 16 6 3 77-22 54
5 Qusar 25 15 3 7 58-32 48
6 Kür-Araz 25 12 2 11 58-46 38
7 Sheki City 25 10 5 10 43-41 35
8 Göygöl 25 10 2 13 42-53 32
9 Ağdaş 25 6 6 13 30-46 24
10 Dinamo 25 7 3 15 44-73 24
11 Lerik 25 6 4 15 35-57 22
12 Şəmkir 25 6 1 18 32-62 19
13 Şəfa 25 5 3 17 29-78 18
14 Kürmük Qax 25 4 2 19 27-77 14

Bombardirlər:

Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol
Tural Qurbatov ("Şahdağ Qusar") - 30 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 21 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 21 qol
Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
1
sportinfo.az

10Mənbələr