AZ

Yeni doğulan uşaqlara su verilməlidirmi?

Su insan orqanizmi üçün vacib olduğundan, yeni doğulan körpələrə də mütləq verilməlidir.

Lakin analar bəzən uşağa hansı ayında nə qədər su verməli olduqlarını bilmirlər. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, körpənin ehtiyac duyduğu suyun miqdarı yaşa görə dəyişir və yaş artdıqca artır. Qatı qidalarla qidalanma uşağın suya olan ehtiyacını artır:

“Həm də uşağa verilən suyun miqdarı yediyi ana südünün miqdarından, boyundan, çəkisindən, ifraz etdiyi sidiyin miqdarından, qəbizlik dərəcəsində asılı olaraq , dəyişə bilər. Uşağa su yeməkdən əvvəl deyil, yemək zamanı və ya yeməkdən sonra qurtum-qurum içirilməlidir. Qəbizliyi olan uşaqlarda suyun miqdarı artırılmalıdır”.

Pediatr onu da deyib ki, körpə suyu içmək istəmirsə, onda onu məcbur etmək olmaz. Ona tez-tez su təklif edin. Uşağın iməklədiyi və oyun oynadığı yerlərdə su qabını qoyaraq,  körpənin marağını cəlb etmək lazımdır.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
33
hit.az

10Mənbələr