AZ

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunacaq

Qəbələ

Bakı, 14 may, AZƏRTAC

Mayın 15-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək.

“Açıq qapı” günü mayın 15-i saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Qəbələ şəhəri, 28 may küç.34.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
azertag.az

10Mənbələr