AZ

Naxçıvanda intensiv yağışlar: evləri, obyektləri su basdı (FOTO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri və digər ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Naxçıvanda

Naxçıvanda
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
27
olaylar.az

10Mənbələr