AZ

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Bakı. Trend:

Son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağmasınınkənd təsərrüfatının məhsuldarlığına heç bir ziyanı yoxdur.

Bunu Trend-ə MilliMəclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, yaz yağışının təsərrüfatlara heç bir ciddi ziyanıyoxdur.

“Ola bilsin, ot biçilibsə, müəyyən ot sahələrinə ziyan vursun.Ancaq ümumilikdə heç bir ziyanı yoxdur. Çünki bu yağışlaruzunmüddətli deyil, bir gün yağır, səhəri gün çıxır.

Əslində, bu yağış təsərrüfatlara xeyirdir. O zaman ziyan verərdiki, bu yağışlar bir neçə gün davam etsin. O zaman bitkilərin, ocümlədən, pambığın dibi çürüyə bilərdi. Digər bitkilərin inkişafınamane ola bilərdi. Ancaq indiki halda bu yağışların xeyri var”, -deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, bu yağışlar həm də su ehtiyatınınyığılmasıdır.

“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da suçatışmazlığı var, su ehtiyyatları məhduddur. Xüsusilə yayaylarında, yazın axırlarında təsərrüfatlar suvarma suyundan ciddikorluq çəkir. Ancaq bu yağışlar yerin qatında su təbəqəsi yaradırvə sözsüz ki, bu, xeyli müddət bitkilərin qidalanmasına kömək edir.Əgər sel, daşqınlar varsa, bunlar təsərrüfatlara ciddi ziyan vurabilər. Ancaq bu cür yağışlar faydalıdır”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
50
az.trend.az

10Mənbələr