AZ

Çərşənbə günü yağışlı və küləkli hava şəraiti davam edəcək

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-19 dərəcə isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12 dərəcə, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2° dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı bildirilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
427
6
turan.az

10Mənbələr