AZ

“Oğluma həmin şərhi yazan qadını tapdım və onun..." -  Elmar Məmmədyarovdan AÇIQLAMA + FOTO

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov maraqlı açıqlama verib.

 

Sfera.az bildirir ki, o, İTV-yə müsahibəsində oğullarının ABŞ-də keçirilən toyu barədə sosial şəbəkələrdə yazılan mənfi rəylərdən danışıb. Sabiq nazir onu təəccübləndirən bir şərhin olduğunu bildirib:

 

“Bu, bir qadının cavanlar haqqında Azərbaycan dilində, amma Azərbaycan millətinə xas olmayan bir tərzdə yazdığı şərh idi: "Allah xoşbəxt etməsin". Bu, sadəcə məni təəccübləndirdi. Qadının nə üçün belə yazdığını öyrənmək istəyirdim. Adətən, ailə quran gəncləri görəndə xoşbəxtlik arzulayırlar, xeyir-dua verir, sağlamlıq və s. diləyirlər. Bu, ənənəvi olaraq səsləndirilən normal arzulardır. Mənə çox maraqlı idi ki, nə üçün bir qadın belə sözlər yazsın. Qadının belə sözlər yazması, əslində, ağlasığmazdır”.

 

Sabiq nazir sözügedən qadını axtarıb tapdığını da vurğulayıb:

 

“Sonda mən onun kim olduğunu müəyyənləşdirdim. Həmin vaxt nazir idim, administrativ resurslar vasitəsilə bunu etdim. Ondan soruşanda ki, nə üçün siz yeni ailə quran gənclərə belə münasibət bəsləyirsiniz? Bu axı, ümumiyyətlə, Azərbaycan xalqına xas olmayan bir cəhətdir. Azərbaycanlılar öz-özlüyündə qəddar deyillər, əksinə, xoşqəlbli, rəhmli insanlardır. Onların istifadə etdikləri idiomlar da müsbət emosiyalarla bağlıdır. O, çox sadə bir cavab verdi: "Mən paxıllıq edirəm". Bu cavab mənim üçün bütün heyterlərin şərhlərinə və sosial şəbəkələrdə nümayiş etdirilən qərəzli münasibətlərə bir növ cavab oldu. Bu qadının sayəsində mən "nə üçün"lə başlayan bir çox suallara cavab tapdım”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
12
sfera.az

10Mənbələr