AZ

Həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.
Aktual.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Komissiyanın üzvləri sırasına "xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" əlavə edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
49
ulusum.az

10Mənbələr